PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05
Psixologiya Peşəkarları- "For Azerbaijan" Beynəlxalq Xeyriyyə Təşkilatı

Peşəkar komandamızla yanınızdayıq


Ətraflı
XİDMƏTLƏRİMİZ

Ən yaxşı qayğı ilə özünüzü güvənli hiss edin

Koqnitiv İşlənmə Terapiyası (KİT)

Koqnitiv İşlənmə Terapiyası (KİT)

Ətraflı
Yazılı Ekspozisiya Terapiyası (YET)

Yazılı Ekspozisiya Terapiyası (YET)


Ətraflı
Dərmanlar

Dərmanlar


Ətraflı
Stressin İdarə edilməsi

Stressin İdarə edilməsi


Ətraflı
XƏBƏRLƏR

Ən Son Yeniliklər

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan”Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş Qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi təşkil edilib. Qonaqları salamlayan təşkilatın proqramlar üzrə direktoru Elnur Kələntərov “For Azerbaijan” komandası adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.“For Azerbaijan” Xeyriyyə Təşkilatının Bakı Nümayəndəliyinin rəhbəri Emil Həsənov əvvəlcə qurumun fəaliyyəti və bugünədək həyata keçirilmiş layihələr barədə məlumat verib. İştirakçılara 3 illik fəaliyyətin əsas məqamlarını əks etdirən qısa film nümayiş olunub.“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucularından və Məşvərət Şurasının üzvü Mövlan Paşayev qrant müsabiqəsinin məqsədi  haqqında qonaqları məlumatlandırıb. Bildirib ki, müsabiqəyə 83 layihə təqdim olunub. Layihələr paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edib. Müxtəlif benefisiar qruplara xidmət edən Məşğulluq/ Biznes/Karyera sahələri üzrə 24 layihə, şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək üzrə 16 layihə, təhsilə, o cümlədən qızların təhsilinə yönəlik 21 layihə daxil olub. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularında qeydə alınıb.  Mövlan Paşayev bildirib ki, qalib layihənin seçilməsi üçün təşkilat tərəfindən müstəqil “Qiymətləndirmə komissiyası” yaradılıb. Komissiya təqdim edilən layihələri 8 qiymətləndirmə meyarı (“sənədlərin tamlığı”, “təşkilatın təcrübəsi”, “gələcəyə yönəlik”, “icravə davamlılıq”, “büdcə əsaslandırılması”, “risklər”, “benefisiarlar” və “tərəfdaşlar”)üzrə araşdırılıb. Çıxışının sonunda cənab Paşayev Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Huseynov, Amerikanın Oracle-şirkətində Texniki Heyətin Baş Üzvü  Heydər Abdullayev və Solidshape şirkətinin baş direktoru Tural Bədirxanlıdan ibarət komissiyanın qərarını səsləndirib. “GenderHub” İctimai Birliyinin “Qızlar Süni İntellekt Naminə: Gələcəyin İnnovatorları üçün Proqramlar və Təlim İmkanları” layihəsi qalib elan olunub.Layihənin icra müddəti 8 ay, ümumi büdcəsi isə 26 000 AZN-dir. Bakı daxil olmaqla Gəncə, Lənkəran, Aqstafa şəhərlərini əhatə edəcək layihə iyun-noyabr aylarını əhatə edəcək. Layihənin məqsədi bir çox fərqli sahədə təcrübəyə malik olan ekspertlər və təşkilatlarla əməkdaşlıq çərçivəsində 14-18 yaşlı qızlara texniki sahələrdə, o cümlədən proqramlaşdırma və mühəndislikdə təhsil yolları və innovativ layihələr təklif etməyin əsaslarını aşılayır. Layihə çərçivəsində təlimlər, mentorluq proqramları və innovativ layihələrin təşkil olunmasında yarışların keçirilməsi də nəzərdə tutulur.  Daha sonra Təşkilatın Məşvərət Şurasının üzvü Rüfət Abbasov çıxış edib. Cənab Abbasov Qiymətləndirmə Komissiyası tərəfindən  “Var Yox İncəsənətvə Mədəniyyət Platforması”nın “Qızlar oxusun” layihəsinin maarifləndirmə və məlumatlandırmailə bağlı komponentinin də yüksək qiymətləndirildiyini bildirib. Bu səbəbdən,ictimaiyyətdə qızların təhsili ilə bağlı sosial video çarxların çəkilməsi və yayımlanması üçün onlarla dəyəri 5 000 AZN məbləğində xüsusi müqavilə imzalanacağını vurğulayıb. Tədbirdə çıxış edən müsabiqənin qalibləri “ForAzerbaijan”a təşəkkürlərini ifadə edərək layihə çərçivəsində görüləcək işlər və əldə olunacaq nəticələrin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirin sonunda “For Azerbaijan” Xeyriyyə təşkilatının üzvləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Təqdimat mərasimi uşaqların musiqili çıxışları ilə başa çatıb.  

148

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Amerikalı mütəxəsisslər Denise M.Sloan və BrianP.Marx-ın müəllifləri olduğu “Post Travmatik Stres Pozuntusu hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı Psixologiya fənni tədris olunan ali məktəblərdə metodik vəsaitkimi tövsiyə olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən(əsas:3-29-65-/2-168/2024. 03.04.2024) müvafiq rəy verilib. Bununla əlaqədar olaraq nəşr müvafiq qaydada ali təhsil ocaqlarının kitabxanalarına təhvil verilir. Artıq Azərbaycan Dövlət Pedoqoji Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir DövlətUniversitetində kitab təqdimatlarımız təşkil olunub. Növbədə digər Ali məktəblərimizdir.Xatırladaq ki, bu kitab “ForAzerbaijan” Xeyriyyə təşkilatının dəstəyiilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsi çərçivəsində tərcümə olunaraq nəşr etdirilib. APRİA layihəsi Paşa Sığortanın maliyyə dəstəyi ilə həyata keçirilib. 

271

PEŞƏKAR PSİXOLOQLARIN RƏYİ

Posttravmatik stress pozuntusundan sağalmaq mümkündür!

PTSP haqqında doğru məlumata sahib ol

PTSP nədir ?

Ətraflı chevron
BİZİM PSİXOLOQLARIMIZ

Peşəkar Psixoloqlarımız

Əminə Əliyeva

Psixoloq- Bakı

[email protected]
Aygün Sultanova

Psixoloq-Bakı

[email protected]
Nərmin Ataxanlı

Psixoloq- Bakı

[email protected]
Zərif Qurbanova

Psixoloq-Gəncə şəhəri

[email protected]
Minayə Kazımlı

Psixoloq- Bakı

[email protected]
Günelxanım Abbasova

Psixoloq- Bakı

[email protected]
Zahid Tağıyev

Psixoloq-Gəncə şəhəri

[email protected]
Aytac Aşurova

Psixoloq-Quba rayonu

[email protected]
Fidan Abdullayeva

Psixoloq- Bakı

[email protected]
Nigar Məmmədli

Psixoloq- Bakı

[email protected]
Gülsabah Quliyeva

Psixoloq- Bakı

[email protected]
Mərcan Muradova

Psixoloq- Bakı

[email protected]
Nigar Xaliqova

Psixoloq- Bakı

[email protected]
Türkan Əliyeva

Psixoloq-Qaradağ rayonu

[email protected]
Mətanət Quliyeva

Psixoloq-Türkiyə

[email protected]
Aytəkin Məmmədova

Psixoloq- Bakı

[email protected]
Nazpəri Sadıqova

Psixoloq-Bərdə rayonu

[email protected]
Səyyarə Yusubova

Psixoloq- Bakı

[email protected]
Seyidmələk Seyidova

Psixoloq- Bakı

[email protected]
Leyla Abdurəhimova

Psixoloq- Bakı

[email protected]
Nərgiz Hüseynli

Psixoloq- Bakı

[email protected]
Hətəm Nuruzadə

Psixoloq-Tərtər rayonu

[email protected]
Könül Qasımova

Psixoloq- Bakı

[email protected]
Bəyaz Hüseynova

Psixoloq- Yevlax rayonu

[email protected]
Bəyim Həsənova

Psixoloq- Bakı

[email protected]
Nuranə İbrahimli

Psixoloq- Lənkəran rayonu

[email protected]
Rövşən Muradov

Psixoloq- Xaçmaz rayonu

[email protected]
Günel İsmayıllı

Psixoloq- Bakı

[email protected]
Vəfa Qənbərli

Psixoloq- Bakı

[email protected]
Sevinc Əmirova

Psixoloq- Bakı

[email protected]
Pərvin Süleymanova

Psixoloq- Bakı

[email protected]
Ramilə Rəhimova

Psixoloq- Bakı

[email protected]
Aysel Cəfərova

Psixoloq-Ağdam rayonu

[email protected]
Elmir Tağıyev

Psixoloq- Bakı

[email protected]
Günel İsgəndərli

Psixoloq- Bakı

[email protected]
Zülfiyyə Xıdırova

Psixoloq

[email protected]
Aydan Ağa

Psixoloq- Bakı

[email protected]
Günel Quliyeva

Psixoloq- Bakı

[email protected]
Günel Muradova

Psixoloq- Bakı

[email protected]
T.ü.f.d Dr . Cəmilə İsmayılova

Həkim Psixiatr- Bakı

[email protected]
PARTNYORLARIMIZ

For Azerbaijan
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
TƏBİB
İTS
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
SXA
Paşa Sığorta
RESURSLAR

Ən böyük araşdırmalar bir anda

İki psixoterapiya metodunun – Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) effektliyinin öyrənmək, istifadə edilən psixoloji diaqnostika vasitələrinin və KİT və YET terapiyasının Azərbaycan mədəniyyətinə adaptasiyasınını həyata keçirmək, qeyd edilən terapiyaların effektivliyini qiymətləndirməkdir.

Tədqiqat qrupunu yaradılmasının digər məqsədlərindən biri də psixoloqların, eləcə də pasiyentlərin yeni terapiya növlərinə münasibətini öyrənməkdir, eyni zamanda bu metodların tətbiqi, maneələrinin araşdırılması və tövsiyələrin verilməsidir.

Sonunda peer-reviewed hight impact faktor olan jurnalında elmi məqalənin çap etməsidir

İndi Araşdırın chevron
Ən böyük araşdırmalar bir anda
resources
SUAL-CAVAB

Tez-tez soruşulan suallar

resources
1.Onlayn psixoterapiya almaq mümkündürmü və ümumiyyətlə psixoterapiyanın onlayn keçirilməsi effektlidirmi? +

Onlayn psixoterapiya almaq, əlbəttə ki, mümkündür. Eyni zamanda çoxsaylı tədqiqatlar göstərir ki, həm KİT (Koqnitiv İşlənmə Terapiyası),həm də YET (Yazılı Ekspozisiya Terapiyası) terapiyaları psixoterapiyanın keçirilmə formasından asılı olmayaraq istər canlı, istərsə də onlayn şəkildə aparılsa, eyni dərəcədə effektlidir.  Siz sadəcə sizə uyğun psixoterapiya formasını seçdikdən sonra, bu barədə psixoloqunuza söyləyin. 

2.Psixoterapiya müddəti nə qədər davam edir ? +

Bir psixoterapevtik sessiyanın müddəti 50-60 dəqiqədir.

3.Bəs mən ümumiyyətlə neçə dəfə psixoterapevtik sessiyalara gəlməliyəm? +

KİT (Koqnitiv İşlənmə Terapiyası) adətən 12 (maksimum15) psixoterapevtik sessiyadan ibarətdir.


YET (Yazılı Ekspozisiya Terapiyası) isə cəmi 5 (beş)psixoterapevtik sessiyanı əhatə edir.

Beləliklə, artıq sizin illərlə psixoterapiya sessiyalarına getməyinizə ehtiyac yoxdur. Siz qısa zamanda PTSP-nin simptomlarından KİT və ya YET vasitəsilə azad ola bilərsiniz. 

4.Məxfilik necə qorunur? Bəlkə siz mənim bəhs etdiyim məsələləri başqalarına deyəcəksiniz? +

Azərbaycan Respublikası  Psixoloji Yardım haqqında Qanunun 10-cu maddəsinə əsasən şəxsin psixoloji vəziyyəti,psixoloji yardım almaq üçün müraciəti, aparılmış psixoloji testlərin nəticələrivə ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial (məxfi)hesab edilir və psixoloq nəzərə alınmaqla üçüncü şəxslərlə paylaşıla bilməz. 

5.Psixoterapiyanın nəticəsi əlillik dərəcəmin itirilməsinə səbəb olacaqmı ? +

Xeyr. Psixoterapiyanın nəticəsinin sizin əlillik dərəcəsi almağınıza,həmin dərəcəni saxlamağınıza və ya onu itirməyinizə heç bir təsiri mövcud deyil.

6.Necə müəyyən edim ki məndə PTSP var ? +

PTSP həyati təhlükəli hadisə ilə üzləşdiyinizdə (bədbəxt hadisə, təbii fəlakət, zorakılıq, hərbi əməliyyatlar) və ya belə bir hadisənin şahidi olduğunuzda yarana bilər.

 

Əgər aşağıda qeyd edilən suallara “bəli” cavabı verirsinizə, bu şikayətlərin mövcudluğu sizdə Posttravmatik stres pozuntusu(PTSP) olmasını ehtimal edə bilər.

 

1. Yaşadığınız stresli hadisə(lər) ilə bağlı xatirələr sizi narahat edirmi?

2. Yaşadığınız stresli hadisə(lər)  haqqında fikirlərdən, onu xatırladan hərəkət,şərait və ya insanlardan yayındığınız olurmu?

3. Həmin xatirələr sizin gözünüzün qarşısında tez-tez canlanırmı?

4. Ailənizdən,dostlarınızdan və ətrafınızdakı insanlardan uzaqlaşdığınızı hiss edirsinizmi?

5. Sizi narahat edən mənfi fikirlər varmı?

 

Daha ətraflı məlumat və konsultasiya üçün psixoloqunuzu buradan seçə bilərsizniz.