PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Faq

SUAL-CAVAB

Tez-tez soruşulan suallar

1.Onlayn psixoterapiya almaq mümkündürmü və ümumiyyətlə psixoterapiyanın onlayn keçirilməsi effektlidirmi? +

Onlayn psixoterapiya almaq, əlbəttə ki, mümkündür. Eyni zamanda çoxsaylı tədqiqatlar göstərir ki, həm KİT (Koqnitiv İşlənmə Terapiyası),həm də YET (Yazılı Ekspozisiya Terapiyası) terapiyaları psixoterapiyanın keçirilmə formasından asılı olmayaraq istər canlı, istərsə də onlayn şəkildə aparılsa, eyni dərəcədə effektlidir.  Siz sadəcə sizə uyğun psixoterapiya formasını seçdikdən sonra, bu barədə psixoloqunuza söyləyin. 

2.Psixoterapiya müddəti nə qədər davam edir ? +

Bir psixoterapevtik sessiyanın müddəti 50-60 dəqiqədir.

3.Bəs mən ümumiyyətlə neçə dəfə psixoterapevtik sessiyalara gəlməliyəm? +

KİT (Koqnitiv İşlənmə Terapiyası) adətən 12 (maksimum15) psixoterapevtik sessiyadan ibarətdir.


YET (Yazılı Ekspozisiya Terapiyası) isə cəmi 5 (beş)psixoterapevtik sessiyanı əhatə edir.

Beləliklə, artıq sizin illərlə psixoterapiya sessiyalarına getməyinizə ehtiyac yoxdur. Siz qısa zamanda PTSP-nin simptomlarından KİT və ya YET vasitəsilə azad ola bilərsiniz. 

4.Məxfilik necə qorunur? Bəlkə siz mənim bəhs etdiyim məsələləri başqalarına deyəcəksiniz? +

Azərbaycan Respublikası  Psixoloji Yardım haqqında Qanunun 10-cu maddəsinə əsasən şəxsin psixoloji vəziyyəti,psixoloji yardım almaq üçün müraciəti, aparılmış psixoloji testlərin nəticələrivə ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial (məxfi)hesab edilir və psixoloq nəzərə alınmaqla üçüncü şəxslərlə paylaşıla bilməz. 

5.Psixoterapiyanın nəticəsi əlillik dərəcəmin itirilməsinə səbəb olacaqmı ? +

Xeyr. Psixoterapiyanın nəticəsinin sizin əlillik dərəcəsi almağınıza,həmin dərəcəni saxlamağınıza və ya onu itirməyinizə heç bir təsiri mövcud deyil.

6.Necə müəyyən edim ki məndə PTSP var ? +

PTSP həyati təhlükəli hadisə ilə üzləşdiyinizdə (bədbəxt hadisə, təbii fəlakət, zorakılıq, hərbi əməliyyatlar) və ya belə bir hadisənin şahidi olduğunuzda yarana bilər.

 

Əgər aşağıda qeyd edilən suallara “bəli” cavabı verirsinizə, bu şikayətlərin mövcudluğu sizdə Posttravmatik stres pozuntusu(PTSP) olmasını ehtimal edə bilər.

 

1. Yaşadığınız stresli hadisə(lər) ilə bağlı xatirələr sizi narahat edirmi?

2. Yaşadığınız stresli hadisə(lər)  haqqında fikirlərdən, onu xatırladan hərəkət,şərait və ya insanlardan yayındığınız olurmu?

3. Həmin xatirələr sizin gözünüzün qarşısında tez-tez canlanırmı?

4. Ailənizdən,dostlarınızdan və ətrafınızdakı insanlardan uzaqlaşdığınızı hiss edirsinizmi?

5. Sizi narahat edən mənfi fikirlər varmı?

 

Daha ətraflı məlumat və konsultasiya üçün psixoloqunuzu buradan seçə bilərsizniz.