PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.
209

Amerikalı mütəxəsisslər Denise M.Sloan və BrianP.Marx-ın müəllifləri olduğu “Post Travmatik Stres Pozuntusu hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı Psixologiya fənni tədris olunan ali məktəblərdə metodik vəsaitkimi tövsiyə olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən(əsas:3-29-65-/2-168/2024. 03.04.2024) müvafiq rəy verilib.

Bununla əlaqədar olaraq nəşr müvafiq qaydada ali təhsil ocaqlarının kitabxanalarına təhvil verilir. Artıq Azərbaycan Dövlət Pedoqoji Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir DövlətUniversitetində kitab təqdimatlarımız təşkil olunub. Növbədə digər Ali məktəblərimizdir.

Xatırladaq ki, bu kitab “ForAzerbaijan” Xeyriyyə təşkilatının dəstəyiilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsi çərçivəsində tərcümə olunaraq nəşr etdirilib. APRİA layihəsi Paşa Sığortanın maliyyə dəstəyi ilə həyata keçirilib.