PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05
ELANLAR

Son Elanlar

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan”Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş Qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi təşkil edilib. Qonaqları salamlayan təşkilatın proqramlar üzrə direktoru Elnur Kələntərov “For Azerbaijan” komandası adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.“For Azerbaijan” Xeyriyyə Təşkilatının Bakı Nümayəndəliyinin rəhbəri Emil Həsənov əvvəlcə qurumun fəaliyyəti və bugünədək həyata keçirilmiş layihələr barədə məlumat verib. İştirakçılara 3 illik fəaliyyətin əsas məqamlarını əks etdirən qısa film nümayiş olunub.“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucularından və Məşvərət Şurasının üzvü Mövlan Paşayev qrant müsabiqəsinin məqsədi  haqqında qonaqları məlumatlandırıb. Bildirib ki, müsabiqəyə 83 layihə təqdim olunub. Layihələr paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edib. Müxtəlif benefisiar qruplara xidmət edən Məşğulluq/ Biznes/Karyera sahələri üzrə 24 layihə, şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək üzrə 16 layihə, təhsilə, o cümlədən qızların təhsilinə yönəlik 21 layihə daxil olub. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularında qeydə alınıb.  Mövlan Paşayev bildirib ki, qalib layihənin seçilməsi üçün təşkilat tərəfindən müstəqil “Qiymətləndirmə komissiyası” yaradılıb. Komissiya təqdim edilən layihələri 8 qiymətləndirmə meyarı (“sənədlərin tamlığı”, “təşkilatın təcrübəsi”, “gələcəyə yönəlik”, “icravə davamlılıq”, “büdcə əsaslandırılması”, “risklər”, “benefisiarlar” və “tərəfdaşlar”)üzrə araşdırılıb. Çıxışının sonunda cənab Paşayev Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Huseynov, Amerikanın Oracle-şirkətində Texniki Heyətin Baş Üzvü  Heydər Abdullayev və Solidshape şirkətinin baş direktoru Tural Bədirxanlıdan ibarət komissiyanın qərarını səsləndirib. “GenderHub” İctimai Birliyinin “Qızlar Süni İntellekt Naminə: Gələcəyin İnnovatorları üçün Proqramlar və Təlim İmkanları” layihəsi qalib elan olunub.Layihənin icra müddəti 8 ay, ümumi büdcəsi isə 26 000 AZN-dir. Bakı daxil olmaqla Gəncə, Lənkəran, Aqstafa şəhərlərini əhatə edəcək layihə iyun-noyabr aylarını əhatə edəcək. Layihənin məqsədi bir çox fərqli sahədə təcrübəyə malik olan ekspertlər və təşkilatlarla əməkdaşlıq çərçivəsində 14-18 yaşlı qızlara texniki sahələrdə, o cümlədən proqramlaşdırma və mühəndislikdə təhsil yolları və innovativ layihələr təklif etməyin əsaslarını aşılayır. Layihə çərçivəsində təlimlər, mentorluq proqramları və innovativ layihələrin təşkil olunmasında yarışların keçirilməsi də nəzərdə tutulur.  Daha sonra Təşkilatın Məşvərət Şurasının üzvü Rüfət Abbasov çıxış edib. Cənab Abbasov Qiymətləndirmə Komissiyası tərəfindən  “Var Yox İncəsənətvə Mədəniyyət Platforması”nın “Qızlar oxusun” layihəsinin maarifləndirmə və məlumatlandırmailə bağlı komponentinin də yüksək qiymətləndirildiyini bildirib. Bu səbəbdən,ictimaiyyətdə qızların təhsili ilə bağlı sosial video çarxların çəkilməsi və yayımlanması üçün onlarla dəyəri 5 000 AZN məbləğində xüsusi müqavilə imzalanacağını vurğulayıb. Tədbirdə çıxış edən müsabiqənin qalibləri “ForAzerbaijan”a təşəkkürlərini ifadə edərək layihə çərçivəsində görüləcək işlər və əldə olunacaq nəticələrin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirin sonunda “For Azerbaijan” Xeyriyyə təşkilatının üzvləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Təqdimat mərasimi uşaqların musiqili çıxışları ilə başa çatıb.  

116

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Amerikalı mütəxəsisslər Denise M.Sloan və BrianP.Marx-ın müəllifləri olduğu “Post Travmatik Stres Pozuntusu hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı Psixologiya fənni tədris olunan ali məktəblərdə metodik vəsaitkimi tövsiyə olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən(əsas:3-29-65-/2-168/2024. 03.04.2024) müvafiq rəy verilib. Bununla əlaqədar olaraq nəşr müvafiq qaydada ali təhsil ocaqlarının kitabxanalarına təhvil verilir. Artıq Azərbaycan Dövlət Pedoqoji Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir DövlətUniversitetində kitab təqdimatlarımız təşkil olunub. Növbədə digər Ali məktəblərimizdir.Xatırladaq ki, bu kitab “ForAzerbaijan” Xeyriyyə təşkilatının dəstəyiilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsi çərçivəsində tərcümə olunaraq nəşr etdirilib. APRİA layihəsi Paşa Sığortanın maliyyə dəstəyi ilə həyata keçirilib. 

208