PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Psixologiya Peşəkarları- "For Azerbaijan" Beynəlxalq Xeyriyyə Təşkilatı

Psixologiya Peşəkarları- "For Azerbaijan" Beynəlxalq Xeyriyyə Təşkilatı

Əziz izləyici saytımıza xoş gəlmisiniz ! 


Ümüd edirik ki, saytımızla tanışlıq Post Travmatik Stres Pozuntusu haqqında, onun ən effektiv müalicə üsulları və terapiyaları həyata keçirən peşəkar psixoloqlarımız barədə sizə ətraflı məlumat qazandıracaq.

Ölkəmizdə şəhid ailələri və qazilər üçün yaradılmış şərait, onların müalicəsinin təşkili hər zaman dövlətin prioritet istiqamətlərindəndir.

For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı olaraq biz də bu sahədə dövlətimizin yanında olmağı, aparılan proseslərə bacardığımız qədər töhfə verməyi  özümüzə borc və böyük şərəf sayırıq.

 

Bu gün Sizə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən 2 müalicə üsulunu təqdim etmək istərdik.

Koqnitiv İşləmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET).

ABŞ Veteranların işləri üzrə Departament (VA) Vyetnam, İraq və Əfqanıstan veteranları üçün xidmətlərin təkmilləşdirilməsini həyata keçirmiş, ən effektiv müalicənin təşkilində çatışmazlıqları öyrənmiş, nəticədə KİT və YET üsullarının geniş tətbiqinə başlamışlar.

VA-da bu iki müalicə üsulunun geniş tətbiqi və milli təlim proqramları artıq 15 ilə yaxındırki, fəaliyyət göstərir.

Biz yüksək effektivlik göstəricisi olan bu müalicə üsullarının Azərbaycanda tətbiqi və geniş yayılması, dövlətimizin bu sahədə apardığı böyük layihələrə dəstək olmaq məqsədilə PAŞA Sığortanın maliyə dəstəyi ilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılmasını layihəsini uğurla tamamladıq.

1 il müddətində 42 psixoloq amerikalı mütəxəsisslərin iştirakı ilə təlim və təcrübə poqramlarına qatıldılar. Çətin, lakin şərəfli yolu hamımız uğurla başa vurduq.

Fəxrlə deyəbilərik ki, bu gün Azərbaycanda KİT və YET üsullarının tətbiqi üçün beynəlxalq sertifikatlı psixoloqlarımız mövcuddur. Onlar barəsində ətraflı məlumat saytımızda xüsusi səhifədə yerləşdirilib.

Saytımızda psixologiya sahəsində sizi maraqlandıran suallar, PTSP haqqında ətraflı məlumat, müalicə üsullarının üstünlükləri, uğurlu nəticələrimiz, tədqiqatlarımız haqqında ətraflı məlumat toplamaqla bərabər, terapiyalara qoşulmaq üçün psixoloqlarımızla birbaşa əlaqə yarada biləcək, yeniliklərlə tanış ola biləcəksiniz.


Hörmətlə:

For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı

 

For Azerbaijan BeynəlxalqXeyriyyə Təşkilatı haqqında ətraflı məlumata sahib ol


https://forazerbaijan.org/az/