Xəbərlər
Posttravmatik stress pozuntusuna (PTSP) həsr edilmiş saytın əsas məqsədi
PTSP-dən əziyyət çəkən insanlar üçün düzgün məlumat, dəstək və resursların əlçatanlığını təmin etməkdir.
Əsas məqsədlər:
Təhsil və Maarifləndirmə
Burada PTSP-dən əziyyət çəkən insanlar, onların yaxınları və PTSP haqqında biliklərini artırmaq istəyənlərin məlumatlılığını və maarifləndirilməsini daha da gücləndirmək üçün PTSP-in simptomları, səbəbləri və mövcud müalicələri haqqında dəqiq və əsaslandırılmış məlumatları paylaşılıb.
Saytın“Resurslar” bölümündə məqalələr, nəşrlər, videolar və digər əhəmiyyətli materiallar təqdim olunur ki, bu da insanlara PTSP-ni daha dərindən anlamağı, öhdəsindən gəlməyi, pasiyentlərə özünə kömək resurslarını düzgün aşılamağı ehtiva edir.
Müalicə Seçimləri: Müxtəlif müalicə variantları (psixoterapiya, dərmanla müalicə və alternativ müalicələr) haqqında məlumatlar insanlara özlərinin psixi sağlamlıqlarının təminatı ilə bağlı düzgün addım atmağa dəstək olacaq.
Dəstək Xidmətləri- PTSP olan insanların və onların ailələri ilə əlaqə saxlaya, təcrübələrini bölüşə və dəstək ala biləcəkləri xidmətlər, çağrı mərkəzləri ilə əlaqəni təmin edir.
PTSP ilə bağlı məlumatlılığın artırılması, stiqmanın azaldılması və bununla bağlı siyasətlərin təkmilləşdirilməsi, daha dəstəkləyici və anlayışlı bir sosial mühit yaratmaq məqsədini daşıyır.
Ən yeni araşdırmalar və xəbərlər:
Auditoriyamızı bu sahədəki ən son inkişaflar haqqında məlumatlandırmağa çalışmışıq.
PTSP-ni davamlı öyrənmə və anlayışlı təşviq etmək üçün tədqiqat yekunları, müalicələrin nəticələri və yenilikləri təqdim edirik.
Peşəkar məlumatlar:
Uyğun və rahat müalicə kurslarından yararlanmaq üçün ixtisaslaşmış peşəkar mütəxəssislərimiz haqqında geniş məlumat bazasını təqdim edirik.
Əlçatanlıq: PTSP-nin qlobal təsirini nəzərə alaraq saytımızın sözün əsl mənasında istifadəçilərin dostu olmasını təmin etməyə çalışmışıq.
Məqsədimiz təkcə bilik vermək yox, həm də PTSP-dən əziyyət çəkən insanlara hüquqlarını daha dərindən anlamağa, dəstək almağa və sağlamlığa aparan yolda aktiv iştirak etməyə təşviq edən peşəkar platforma yaratmaqdır.
Ən son bloglar
Posttravmatik Stres Pozuntusu
Klinik Psixoloq Könül Qasımova-Bu günlərdə sosial şəbəkələrdə travma və psixi pozuntular haqqında danışmaq olduqca populyardır. Dünyanın hər yerində, xüsusilə Tik Tok və İnstagram kimi sosial şəbəkələrdə bir çox insan öz mənfi təcrübələrini, problemlərini, insanlardan sui-istifadəni və bütün bunları travma ilə assosiasiya edən bağlanma stilləri haqqında danışır. Bu nə dərəcədə düzgündür?Bunlar bir-birilə əlaqəlidirmi?İlk öncə travmanı, sonra isə Posttravmatik Stres Pozuntusunu (PTSP) anlamağa çalışaq. Bir şəxsdə PTSP olub-olmadığını necə anlaya bilərik? Kimlərdə PTSP ola bilər? PTSP şəxsiyyətlərarası münasibətlərə və həyat keyfiyyətinə təsir edə bilərmi? Uşaqlar və yetkin şəxslərdə PTSP-in simptomları eynidirmi?Kimlər PTSP sayıla bilər?Bir və ya bir neçə neqativ, qorxulu, təhlükəli hadisələr, travmatik hadisə yaşamış və ya həyati təhlükə yaradan hadisələrin şahidi olmuş insanlarda Posttravmatik Stres Pozuntusu (PTSP) yarada bilər. Terror aktları, cinayətlər, hərbi döyüşlər, təbii fəlakətlər, qəzalar və ya silahlı insident, həmçinin radiasiyaya, ətraf mühitin toksinlərinə məruz qalma PTSP ilə nəticələnə bilər.Bu illər ərzində Psixi Pozuntuların Diaqnostik və Statistik təlimatında (DSM) PTSP ilə bağlı bəzi dəyişikliklər olmuşdur. Məsələn, PTSP əvvəllər “Təşviş pozuntuları” qrupuna daxil edilmişdi, lakin indi isə “Travma və streslə əlaqəli pozuntular” qrupuna daxildir. PTSP simptomları ilə bağlı bəzi düzəlişlər də edilmişdir. Bütün bu dəyişikliklərə baxmayaraq, PTSP- nin əsas meyarları dəyişməz olaraq qaldı və DSM-5-ə bəzi meyarlar əlavə edildi. DSM-5-də böyüklər, yeniyetmələr və 6 yaşdan yuxarı uşaqlar üçün xüsusi meyarlar mövcuddur. Yəni istər uşaq və yeniyetmə, istərsə də yetkin şəxslərdə PTSP yarana bilər.DSM-5-də yetkin şəxslər üçün PTSP simptomları aşağıdakılardır:A. Aşağıdakı yollardan biri (vəya bir neçəsi) ilə ölüm, ciddi xəsarət və ya seksual zorakılıqla hədələnmək:1. Travmatik hadisə/hadisələri bilavasitə (birbaşa) yaşamaq;2. Başqalarının başına gələn travmatik hadisə/hadisələrə şahid olmaq;3. Yaxın ailə üzvü və ya yaxın dostunun başına travmatik hadisə(lər) gəldiyini öyrənmək;4. Travmatik hadisə(lər)in xoşagəlməz təfərrüatlarına təkrar və ya həddindən artıq məruz qalma (məsələn, insan nəşinin qalıqlarını toplayan və ya ilk müdaxilə edən: uşaq zorakılığının təfərrüatlarına dəfələrlə məruz qalan polis məmurları) Qeyd: A4 meyarı media, televiziya, film və ya şəkillər vasitəsilə məruz qalmaya şamil edilmir.B. Travmatik hadisə(lər) baş verdikdən sonra başlayan travmatik hadisə(lər)lə bağlı aşağıdakı intruziv simptomlarından biri (və ya bir neçəsinin) olması:1. Travmatik hadisələrlə bağlı təkrarlanan, qeyri-iradi və intruziv sarsıntı yaradan kədərli xatirələr. Qeyd: 6 yaşdan yuxarı uşaqlarda travmatik hadisə(lər)in mövzu və ya aspektlərinin ifadə olunduğu təkrarlanan oyunlar baş verə bilər.2. Məzmunu travmatik hadisə(lər)lə əlaqəli olan təkrarlanan narahatedici yuxular.Qeyd: Uşaqlarda məzmunu anlaşılmayan qorxulu yuxular görülə bilər.3. Şəxsin travmatik hadisə(lər) in təkrarlanırmış kimi hiss etdiyi və ya hərəkət etdiyi dissosiativ reaksiyalar (məs, hadisə sanki yenidən yaşanır. Ən ekstremal vəziyyət mühit haqqında məlumatın tam itirilməsidir). Qeyd: Oyun zamanı uşaqlarda travma hadisəsinə dair epizodların yenidən canlandırılması meydana gəlir.4. Travmatik hadisə(lər)in bir aspektini simvolizə edən və ya ona bənzəyən daxili və ya xarici siqnallara məruz qaldıqda yaranan güclü və ya uzunmüddətli psixoloji distres (sarsıntı) vəziyyəti;5. Travmatik hadisə(lər)in bir hissəsini simvollaşdıran və ya bənzəyən daxili və ya xarici siqnallara cavab olaraq nəzərə çarpan fizioloji reaksiyalar.C. Aşağıdakılardan biri və ya hər ikisində göstərildiyi kimi, baş verən travmatik hadisə(lər)dən sonra başlayan hadisə ilə bağlı stimullardan davamlı şəkildə yayınma halları:1. Travmatik hadisə(lər) haqqında kədərli xatirələrdən, düşüncələrdən və ya hisslərdən yayınmaq və ya qarşısını almaq üçün göstərilən səylər; 2. Travmatik hadisə(lər) haqqında kədərli xatirələr, düşüncələr və ya hisslər doğuran xarici xatırlatmalardan (insanlar, yerlər, söhbətlər, fəaliyyətlər, obyektlər, vəziyyətlər) yayınma və ya onlardan yayınma üçün səylər.D. Travmatik hadisə(lər)lə bağlı əhvali-ruhiyədə mənfi dəyişikliklər, hadisə baş verdikdən sonra başlayan və ya pisləşən, aşağıdakılardan ikisi (və ya daha çoxu) ilə sübut olunur:1. Travmatik hadisə(lər)in mühüm aspektlərini (dissosiativ amneziyaya görə) yadda saxlaya bilməmək (adətən, kəllə-beyin travması, alkoqol və ya narkotik kimi digər amillərə görə deyil)2. Özümüz, başqaları və ya dünya haqqında davamlı və şişirdilmiş mənfi inanclar və ya gözləntilər (məs, “Mən pisəm,” “Heç kimə etibar etmək olmaz,” “Dünya tamamilə təhlükəlidir,” “Mənim bütün sinir sistemim həmişəlik pozulub”).3. Şəxsin özünü və ya başqalarını günahlandırmasına səbəb olan travmatik hadisə(lər) in səbəbi və ya nəticəsi haqqında davamlı, təhrif olunmuş düşüncələr;4. Davamlı mənfi emosional vəziyyət (məs, qorxu, dəhşət, qəzəb, günah və ya utanc).5. Əhəmiyyətli fəaliyyətlərə maraq və ya iştirakın nəzərəçaracaq dərəcədə azalması.6. Başqalarından uzaqlaşma və ya özünü təcrid etmə.7. Davamlı olaraq müsbət emosiyalar yaşaya bilməmək (məs, xoşbəxtlik,məmnunluq və ya sevgi hisslərini yaşaya bilməmək).E. Aşağıdakılardan ikisində (və ya daha çoxunda) göstərildiyi kimi, travmatik hadisə(lər)lə bağlı oyanma və reaktivlikdə (hərəkətlilikdə) nəzərə çarpacaq dərəcədə baş verən dəyişikliklər:1. Adətən insanlara və ya obyektlərə qarşı verbal və ya fiziki zorakılıq kimi ifadə edilən əsəbi davranış və qəzəbli çıxışlar;2. Özünə zərər yetirmə davranışları;3. Həddindən artıq ayıqlıq4. Konsentrasiya (fikir cəmləmə) problemləri5. Yuxu problemləri (məs, yuxuya getməkdə çətinlik və ya narahat yuxu)Uşaqlar travmaya necə reaksiya verir?6 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə müntəzəm olaraq, yetkin şəxslərdəki simptomlar görülə bilər. Bəs 6 yaşından kiçik uşaqlarda hansı simptomlar görülə bilər?Tualetdən istifadəni öyrənsə belə yatağı islatmaqDanışa bilməmək və ya danışmağı unutmaqOyun zamanı qorxulu hadisəni canlandırmaq Valideyn və ya digər yaxınlarına qeyri-adi formada yapışıb qalmaqPTSP olan insanların əksəriyyətində tez-tez depressiya, maddə istifadəsi və ya təşviş pozuntusu kimi hallar görülə bilər.Birində PTSP olub-olmadığını necə bilmək olar?PTSP simptomları adətən, 3 ay ərzində başlayır, lakin bəzən daha sonra ortaya çıxa bilir.PTSP üçün əsas meyarlara cavab vermək üçün 1 aydan daha uzun müddət ərzində simptomlar olmalıdır və bu simptomlar gündəlik həyatda və ya işdə şəxsiyyətlərarası münasibətlərdə bir sıra problemlər yaratmalıdır. Beləliklə, PTSP psixi pozuntulara daxildir və həyat keyfiyyətində, işdə, təhsildə, ikili münasibətlərdə mənfi dəyişikliklərə səbəb olur. Lakin, PTSP-nin müalicəsində çox sayda travmaya yönəlmiş terapiyalar mövcuddur. Məs., Koqnitiv Davranış Terapiyası (KDT), Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) PTSP simptomlarının müalicəsində olduqca effektiv metodlar hesab olunur. KİT psixoterapevtik üsulu PTSP müalicəsi üçün şiddətlə tövsiyə olunur. KİT, 12 sessiya müddətində həyata keçirilən sübuta əsaslı, ən müasir və effektiv müalicə üsulu hesab olunur. KİT həftəlik və ya həftədə iki dəfə fərdi şəkildə 50 dəq və ya 90 dəq-lik qrup şəklində aparıla bilir. Terapiya ilkin olaraq psixomaarifləndirmə ilə başlayır. Sessiyalar zamanı pasiyentlər travmaları ilə bağlı ilişib-qalma nöqtələrini, mənfi düşüncələrini və inanclarını dəyişdirməyi öyrənirlər. Onlar insanın həyatının travmadan təsirlənən 5 nöqtəsinə diqqət yetirirlər: güc,nəzarət, etibar, özünə hörmət və yaxınlıq. Terapevtlər pasiyentlərə bu mənfi inanclara təkan verən hadisələri müəyyənləşdirməyə və onların bu düşüncələrə bağlı olan mənfi emosiyalarını tanımağa kömək edir. Bununla da, emosional intellektini artırmış olur.Ədəbiyyat siyahısı1. https://www.nimh.nih.gov/health/topics/post-traumatic-stress-disorder-ptsd#:~:text=Post%2Dtraumatic%20stress%20disorder%20(PTSD)%20is%20a%20disorder%20that,and%20after%20a%20traumatic%20situation2. https://www.apa.org/ptsd-guideline/treatments/cognitive-processing-therapy3. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6224348/4. https://www.ncbi.nlm.nih.gov/books/NBK207191/box/part1_ch3.box16/ 5. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8611581/6. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9107503/7. https://cptforptsd.com/wpcontent/uploads/2017/09/CPT_Factsheet_for_Clinicians_r1-2017.pdf
140
İnsan psixoloqa gedərək necə sağalır?
Klinik Psixoloq Minayə Kazımlı - Biz dünyaya gələndə belə sağ və sol beyin yarım kürələrimiz hələ öz inkişafını tamamlamamış olur. Böyüyüb yaşa dolduqca müxtəlif bacarıqlar qazanırıq və bununla bərabər bizim beynimiz də inkişaf etməkdə davam edir. Sonradan isə bu inkişaf beyin yarım kürələrində qırışların artması və dərinləşməsi ilə davam edir. Bizim uşaq vaxtı eşitdiyimiz hər bir söz, öyrəndiyimiz hər bir ifadə və ya bacarıq, o cümlədən yaşadığımız hər bir hadisə beynimizdə müəyyən izlər qoyur. Bu ifadələr həyatımız boyu bizə nə qədər çox təkrarlanırsa, bu beynimizdəki həmin ifadə ilə bağlı izlərin daha da möhkəmlənməsinə,nəticədə avtomatikləşməsinə səbəb olur. Bununla da insanda dərin inancların əsası qoyulmuş olur. Dərin inanclar elə düşüncələrdir ki,insanlar çox zaman onun fərqində olmurlar, amma ona o qədər inanırlar ki, bütün həyatlarını bu inanclarla idarə edirlər. Bu inancları müsbət(faydalı) və mənfi(zərərli)inanclar olmaqla 2 qrupa ayırmaq olar. Müsbət inanclara misal olaraq “mən bacarıqlıyam”, “mən ağıllıyam”, “mən lazımlıyam” kimi inancları, mənfi inanclara isə bu inancların əksini, yəni “mən bacarıqsızam”, “mən axmağam”,“lazımsız biriyəm” kimi inancları misal göstərmək olar. İnsanları psixoloqa gətirən səbəblər uşaqlıqdan onlarda möhkəmlənmiş olan o mənfi dərin inancların artıq hal-hazırkı həyatına mane olmasıdır. Məsələn, hansısa yeni vəzifəyə təyin olunan bir şəxsdə “mən bacarıqsızam” kimi bir dərin inanc vardırsa, o zaman o işə getmək istəmir, təyin olunduğu vəzifədən imtina edir, ya da qəbul edib davam etsə belə orda yetərsiz olduğunu düşünüb həyəcan keçirir. Müntəzəm olaraq bu işə davam edən insanda təbii olaraq stresslə əlaqədar təşviş səviyyəsi yüksəlir. Həm işdə münasibət qurarkən, həm də öz üzərinə düşən öhdəlikləri həll edərkən problemlər yaşayır.O insanda dərin inanc “mən bacarıqsızam” inancı olduğundan onun zehni bütün yaşadığı çətinlikləri bununla əlaqələndirməyə çalışır. Nəticədə məsələ onun üçün həll olunmaz bir şəkilə düşür. Belə vəziyyətdə psixoloqa müraciət edən şəxs “məndə təşviş yüksəkdir, təzə işə düzəlmişəm gedə bilmirəm, hər hansı birişi görərkən həyacan keçirib, hər şeyi bərbad edirəm” kimi şikayətlərlə müraciət edir. Sonradan psixoloqla ünsiyyət zamanı aydın olur ki, bu insanda əslində bu halların yaşanmasına səbəb uşaqlıqdan başlayaraq onda möhkəmləndirilmiş olan “mən bacarıqsızam” inancıdır. Halbuki, o təşviş keçirdiyi anda heç bunun fərqində belə olmur. Bu düşüncə tapılıb, fərqindəlik əldə edildikdə, artıq zamanla insani düşüncənin nə zaman gəldiyi, necə hisslər yaratdığı və onda hansı reaksiyalara səbəb olduğuna nəzarət etməyə başlayır. Eyni zamanda seanslarla irəlilədikcə, o düşüncənin keçmişdə yaşadığı hansı hadisələrdən qaynaqlandığının, indi artıq keçmişdəki uşaq olmadığının, o düşüncənin indi işə yaramadığının ,üstəlik ona zərər verdiyinin və onun sadəcə bir düşüncə olduğunun, reallığı əks etdirmədiyinin fərqinə varır. Bu fərqindəliklər zamanla həmin şəxsin həm davranışlarında, həm də psixi vəziyyətində müsbət mənada dəyişiklik və sabitliyə gətirib çıxarır. Beləliklə, bir insanda keçmişdə qurulmuş yalnış münasibətlərin yaratdığı yalnış bir inanc, indiki zamanda sağlam münasibətlərin yaratdığı doğru inancla dəyişdirilir. Bu da insanın digər insanlarla münasibətlərinin,gördüyü işin məhsuldarlığının, bir sözlə bütün həyatının yaxşı mənada dəyişməsinə səbəb olur. Oyalnış inancın insanda formalaşması necə uzun zaman almışdısa, eləcə onunla bağlı fəqindəlik qazanmaq və onu dəyişdirmək üçün də zehnimizin zamana ehtiyacı olur. Ona görə də psixoterapiya zaman tələb edən bir prosesdir və hər bir insanda baş verən bu dəyişikliklər,onlara sərf olunan zaman fərdi xarakter daşıyır. Necə ki, amerikan psixiatrı A.Farces demişdir: “Pasienti bir seansa sağalda bilərəm, amma bəzən bu bir seans 3 ilimi ala bilər”.
171
Elektron dərclər
"For Azerbaijan" Xeyriyyə Təşkilatına ianə etmək üçün
Tez-tez soruşulan suallar
Onlayn psixoterapiya almaq, əlbəttə ki, mümkündür. Eyni zamanda çoxsaylı tədqiqatlar göstərir ki, həm KİT (Koqnitiv İşlənmə Terapiyası),həm də YET (Yazılı Ekspozisiya Terapiyası) terapiyaları psixoterapiyanın keçirilmə formasından asılı olmayaraq istər canlı, istərsə də onlayn şəkildə aparılsa, eyni dərəcədə effektlidir. Siz sadəcə sizə uyğun psixoterapiya formasını seçdikdən sonra, bu barədə psixoloqunuza söyləyin.
Bir psixoterapevtik sessiyanın müddəti 50-60 dəqiqədir.
KİT (Koqnitiv İşlənmə Terapiyası) adətən 12 (maksimum15) psixoterapevtik sessiyadan ibarətdir.
Beləliklə, artıq sizin illərlə psixoterapiya sessiyalarına getməyinizə ehtiyac yoxdur. Siz qısa zamanda PTSP-nin simptomlarından KİT və ya YET vasitəsilə azad ola bilərsiniz.
Azərbaycan Respublikası Psixoloji Yardım haqqında Qanunun 10-cu maddəsinə əsasən şəxsin psixoloji vəziyyəti,psixoloji yardım almaq üçün müraciəti, aparılmış psixoloji testlərin nəticələrivə ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial (məxfi)hesab edilir və psixoloq nəzərə alınmaqla üçüncü şəxslərlə paylaşıla bilməz.
Xeyr. Psixoterapiyanın nəticəsinin sizin əlillik dərəcəsi almağınıza,həmin dərəcəni saxlamağınıza və ya onu itirməyinizə heç bir təsiri mövcud deyil.