PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!
PTSP-ə xoş gəlmisiniz.
PTSP haqqında doğru məlumata sahib ol
PTSP nədir?
Bu emosiyalar bizim təhlükəyə qarşı mübarizə yollarından biridir, beləliklə qorxu hissinin artması ilə orqanizmdə yaranmış ayıqlıq, qan təzyiqi, ürək döyüntüsü və tənəffüs artır və bədən mübarizə üçün enerji yığır. Beləliklə təhlükə mənbəyi keçdikdən sonra bu emosiyalar və fiziki əlamətlər də getdikcə azalır və zamanla bədən normal fəaliyyətini bərpa edir. Artıq təhlükə mənbəyi ilə bağlı fikirlər keçmişdə qalır və gündəlik həyat fəaliyyətini pozmur.
Lakin Posttravmatik Stress Pozuntusu zamanı isə yaşanmış travmadan sonra bədən normal fəaliyyətini bərpa edə bilmir yuxusuzluq, təngənəfəslik,qorxu, qəzəb, travma ilə bağlı xatirələr, gecə kabusları davam edir və gündəlik həyat fəaliyyətinə təsir edir.
Hansı hadisələr səbəb olur?
Onu qeyd etməliyik ki, streslə üzləşən insanların bir çoxunda Posttravmatik Stress Pozuntusu yaranmır. Bəzi stress amilləri gündəlik həyatdakı neqativ hadisələr (boşanma, işsizlik, maddi çətinlik,qohumunun ölümü) ilə bağlıdır. Posttravmatik stress pozuntusuna isə həyat üçün təhlükəli və təbiətinə görə travmatik (bədbəxt hadisə, təbii fəlakət,zorakılıq, hərbi əməliyyatlar) hadisələrə bir başa məruz qalmaq və ya şahid olmaq səbəb olur. Travmatik hadisələr adətən faktiki və ya təhdid edilən ölüm,ciddi xəsarət və ya zorakılıqla əlaqəli hadisələrdir.
Bunlara aiddir:
● Ağır yol-nəqliyyat qəzaları
● Yanğın
● Təbii fəlakətlər
● Müharibə / Hərbi əməliyyatlar
● Cinayət hadisələri
● Cinsi zorakılıq
Əlamətlər.
Posttravmatik Stress Pozuntusunun meyarlarına cavab vermək üçün bir şəxs 1 aydan çox aşağıda qeyd olunan simptomlara sahib olmalı və simptomlar şəxsi münasibətlər və ya iş kimi gündəlik həyatın aspektlərinə təsir edəcək qədər şiddətli olmalıdır.
Belə ki, PTSP əlamətlərini 4 qrupa ayırmaq olar:
● Travmatik hadisənin təkrar yaşanması:
Yaşanmış hadisə ilə bağlı arzu olunmayan davamlı xatirələr, “flashback”lər (hadisələrin sanki gerçəklikdə baş verməsinə bənzəyən parlaq təəssüratlar) dəhşətli (qorxulu, kabuslu) yuxu görmələr,yaşanmış hadisəni xatırladan obyekt, yaxud situasiyalara qarşı güclü emosional və ya fiziki reaksiyalar (yaşanmış hadisənin xatırlanması zamanı baş verən neqativ reaksiyalar, kədərlilik kimi emosional; tərləmə, ürək döyünməsi kimi fiziki reaksiyalar)
● Çəkinmə və emosional donma:
Travmanı xatırladan fəaliyyətdən,yerlərdən, fikirlərdən, hiss və danışıqlardan (söhbətlərdən) güclü, aşkar,düşünülmüş şəkildə çəkinmə, əvvəllər zövq verən fəaliyyətlərə qarşı marağın itməsi,digər insanlardan uzaqlaşma, özünü təcrid, emosiyaların ifadə edilməsində çətinliklər
● Yüksək oyanıqlıq
Yuxuya getmənin, yaxud yuxuda qalmanın çətinləşməsi
Tez qıcıqlanma, yaxud hiddətlənmə,qəzəb partlayışları
Oyaq qalma (ayıqlıq) səviyyəsinin artması
Dəhşət hissinin artması
● Düşüncə və əhval-ruhiyyədə dəyişikliklər
Özü və ya dünya haqqında mənfi düşüncələrə sahib olmaq
Öz və ya başqalarına yönəlmiş günahkarlıq hisslərinin olması
Qorxu, qəzəb, günahkarlıq və ya utanc kimi davamlı mənfi emosiyaların olması
Digərlərindən uzaqlaşma və qopma hissi
Yaddaş və diqqətin cəmlənməsində çətinliklər
Xoşbəxtlik və ya məmnunluq kimi müsbət emosiyalar hiss etməkdə çətinlik çəkmək
Necə aşkar etmək olar?
Əgər yuxarıda qeyd edilən əlamətləri1 aydan artıqdır özünüzdə və ya bir yaxınınızda müşahidə edirsinizsə və bütün bu əlamətlər gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərirsə psixi sağlamlıq mütəxəssisinə müraciət etməyiniz mütləqdir. Bu vəziyyətin qiymətləndirilməs iüçün saytımızda qeyd edilmiş PCL-5 testini edə bilər və PTSP-nin dərəcəsi ilə bağlı məlumat əldə edə bilərsiniz.
Müalicə üsulları.
Posttravmatik stress pozuntusuna sahib olan insanlar üçün PTSP müalicəsi ilə bağlı təcrübəsi olan bir psixi sağlamlıq mütəxəssisi ilə işləmək vacibdir. Əsas müalicə üsulları psixoterapiya, dərmanlar və ya psixoterapiya və dərmanların kombinasiyasıdır.
● Psixoterapiya –
Travmatik hadisənin şəxsdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısa müddətli,strukturlu psixoloji müdaxilədir. KDT strategiyaları koqnitiv və davranış nəzəriyyələrindən başlanğıc götürür. Bu strategiyalara koqnitiv terapiya və ekspozisiya texnikaları ilə yanaşı psixoedukasiya və oyanıqlıq menecmenti formasında hazırlıqlar aid edilə bilər. Xüsusilə Yazılı Ekspozisiya Terapiyası və Koqnitiv İşlənmə Terapiyası Posttravmatik Stress Pozuntusunun müalicəsində effektivdir.
● Dərmanlar –
PTSP simptomlarını idarə etməyə kömək edə bilər. Bundan əlavə, dərmanların təmin etdiyi simptomların aradan qaldırılması bir çox insana psixoterapiyada daha effektiv iştirak etməyə imkanverir. Dərmanlar mütləq şəkildə həkim müayinəsində yazılmalı və nəzarətində qəbuledilməlidir!
● Mindfulness və ProqressivRelaksasiya Texnikaları:
Mindfulness meditasiyası, dərin nəfəs məşqlərivə proqressiv relaksasiya kimi üsullar insanlara PTSP ilə əlaqəli narahatlıq və stressi idarə etməyə kömək edə bilər.
● Maariflənmə:
PTSP-nın simptomları və mübarizə strategiyaları haqqında maariflənmək insanlara vəziyyətlərini daha yaxşı başa düşmək və idarə etmək imkanı verməkdədir.
References:
1. Posttravmatik stresspozuntusunun diaqnostika və müalicəsi üzrə klinik protokol
2. https://www.psychiatry.org/patients-families/ptsd/what-is-ptsd
3. https://www.apa.org/topics/ptsd