PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Koqnitiv İşlənmə Terapiyası (KİT)

Ø PTSP  üçün qısamüddətli, sübuta əsaslanan müalicəüsuludur.


Ø Həftədəbir və ya iki dəfə fərdi (50 dəqiqəlik) və ya qrup (90 dəqiqəlik) şəklindəaparılan 12 sessiyadan ibarət terapiya növüdür.


  Koqnitiv İşlənmə Terapiyası travmatik hadisənin insanın həyatına təsirinə, özünə, başqalarına, dünya ilə bağlı xoşagəlməz düşüncə və hissləri araşdırmağa, dəyişməyə kömək edir. Müalicənin vacib bir hissəsi fərdi “ilişib-qalma nöqtəsi”-dən və Post Travmatik Stress Pozuntusu PTSP simptomlarından, digər problemlərdən xilas olmağa kömək edə biləcək düşüncə yollarına müraciət etməkdir.

Müalicə müddətində sessiyalararası ev tapşırıqları verilir.

KİT müxtəlif populyasiyalar və travma növləri üzrə PTSP-nin müalicəsində effektivdir. KİT hərbi döyüşlər nəticəsində yaranan travma, qəza, təbii fəlakətlər, seksual zorakılıq və ya uşaqlıq dövründə baş verən zorakılıq halları, eləcə də digər travmatik hadisələrə məruz qalmış şəxslər üçün daha effektiv hesab olunur. Bu terapiya növünün yetkin şəxslərə tətbiq edilməsi tövsiyə olunur.