PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Dərmanlar

PTSP-nin müalicəsində bir neçə qrup dərman preparatlarından istifadə olunur. Buraya antidepressantlar, anksiyelitiklər (trankvilizatorlar), antipsixotiklər, əhvali-ruhiyyə stabilizatorları və yuxu dərmanları aiddir. Qeyd etmək lazımdır ki, bu dərmanlar yalnız həkimin təyinatı və nəzarəti ilə istifadə oluna bilər.

Dərmanların dozasını özbaşına şəkildə azaltmaq və ya artırmaq, o cümlədən həkim tövsiyəsi olmadan dərmanların qəbulunu qəfildən saxlamaq olmaz.

Əgər dərmanların yan təsirləri yaranarsa, mütləq həkiminizi məlumatlandırın.



Hörmətli pasiyentlər!


Müalicə planınıza tam şəkildə əməl edin. Unutmayın ki, müalicənin faydalarını hiss etmək bir qədər zaman ala bilsə də, düzgün müalicə nəticəsində pasiyentlərin əksəriyyəti PTSP-nin simptomlardan tam azad ola bilər.