Yazılı Ekspozisiya Terapiyası (YET)
Bir-birindən fərqli (məsələn, seksual vəya fiziki zorakılıq halları, uşaqlıq dövründə zorakılıq, hərbi döyüşlər nəticəsində)travmalar keçirmiş yetkin şəxslər arasında tədqiqatlar aparılmış və həmin tədqiqatların nəticələri PTSP hallarında effektiv nəticə verən müalicə növü kimi beş sessiyadan ibarət YET-ə dəlalət edir.
Bu müalicə növü bir hadisəyə dair yazılı hekayələr üzərində cəmləşsə belə, bir neçə travma keçirmiş, yaxud travması xroniki hal almış fərdi şəxslər də YET vasitəsilə uğurlu nəticə əldə edə bilərlər. Bu terapiya növünün tətbiqini yalnız yetkin şəxslərə tövsiyə edirik. YET-in effektiv nəticələrinə indiyədək dəlalət edən sübutlara əsaslanaraq, ABŞ Müharibə Veteranları İşləri üzrə Müdafiə Nazirliyi (Posttravmatik stres pozuntusu hallarını idarəetmə İşçi Qrupunun 2017-ciildə yaratdığı) PTSP üçün klinik protokolları üzrə ilkin dərəcəli müalicə kimi hazırda YET məsləhət görülür.
YET-in başlıca xüsusiyyəti pasientin keçirmiş olduğu travmaya dair beş sessiyanın hər biri ərzində tamamladığı yazılı hekayələrdir.
Travmaya dair hekayələri yazarkən pasient keçirmiş olduğu konkret travma hadisəsi zamanı onda yaranmış emosiya və düşüncələri təsvir etməklə həmin hadisəni təfərrüatı ilə yazır. Sessiyalar arası pasientə heç bir tapşırıq verilmir. Bu müalicə növünün sessiyalar arası tapşırıqlarının olmaması ilə yanaşı, həm sessiyaların sayı, həm də davamiyyəti baxımından qısa müddətli olması pasientlər tərəfindən yaxşı qarşılanan, müalicəni aparan mütəxəssislər üçün asan icra edilən səmərəli müalicə ilə nəticələnir.