PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05
XƏBƏRLƏR

Ən Son Yeniliklər

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan”Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş Qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi təşkil edilib. Qonaqları salamlayan təşkilatın proqramlar üzrə direktoru Elnur Kələntərov “For Azerbaijan” komandası adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.“For Azerbaijan” Xeyriyyə Təşkilatının Bakı Nümayəndəliyinin rəhbəri Emil Həsənov əvvəlcə qurumun fəaliyyəti və bugünədək həyata keçirilmiş layihələr barədə məlumat verib. İştirakçılara 3 illik fəaliyyətin əsas məqamlarını əks etdirən qısa film nümayiş olunub.“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucularından və Məşvərət Şurasının üzvü Mövlan Paşayev qrant müsabiqəsinin məqsədi  haqqında qonaqları məlumatlandırıb. Bildirib ki, müsabiqəyə 83 layihə təqdim olunub. Layihələr paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edib. Müxtəlif benefisiar qruplara xidmət edən Məşğulluq/ Biznes/Karyera sahələri üzrə 24 layihə, şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək üzrə 16 layihə, təhsilə, o cümlədən qızların təhsilinə yönəlik 21 layihə daxil olub. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularında qeydə alınıb.  Mövlan Paşayev bildirib ki, qalib layihənin seçilməsi üçün təşkilat tərəfindən müstəqil “Qiymətləndirmə komissiyası” yaradılıb. Komissiya təqdim edilən layihələri 8 qiymətləndirmə meyarı (“sənədlərin tamlığı”, “təşkilatın təcrübəsi”, “gələcəyə yönəlik”, “icravə davamlılıq”, “büdcə əsaslandırılması”, “risklər”, “benefisiarlar” və “tərəfdaşlar”)üzrə araşdırılıb. Çıxışının sonunda cənab Paşayev Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Huseynov, Amerikanın Oracle-şirkətində Texniki Heyətin Baş Üzvü  Heydər Abdullayev və Solidshape şirkətinin baş direktoru Tural Bədirxanlıdan ibarət komissiyanın qərarını səsləndirib. “GenderHub” İctimai Birliyinin “Qızlar Süni İntellekt Naminə: Gələcəyin İnnovatorları üçün Proqramlar və Təlim İmkanları” layihəsi qalib elan olunub.Layihənin icra müddəti 8 ay, ümumi büdcəsi isə 26 000 AZN-dir. Bakı daxil olmaqla Gəncə, Lənkəran, Aqstafa şəhərlərini əhatə edəcək layihə iyun-noyabr aylarını əhatə edəcək. Layihənin məqsədi bir çox fərqli sahədə təcrübəyə malik olan ekspertlər və təşkilatlarla əməkdaşlıq çərçivəsində 14-18 yaşlı qızlara texniki sahələrdə, o cümlədən proqramlaşdırma və mühəndislikdə təhsil yolları və innovativ layihələr təklif etməyin əsaslarını aşılayır. Layihə çərçivəsində təlimlər, mentorluq proqramları və innovativ layihələrin təşkil olunmasında yarışların keçirilməsi də nəzərdə tutulur.  Daha sonra Təşkilatın Məşvərət Şurasının üzvü Rüfət Abbasov çıxış edib. Cənab Abbasov Qiymətləndirmə Komissiyası tərəfindən  “Var Yox İncəsənətvə Mədəniyyət Platforması”nın “Qızlar oxusun” layihəsinin maarifləndirmə və məlumatlandırmailə bağlı komponentinin də yüksək qiymətləndirildiyini bildirib. Bu səbəbdən,ictimaiyyətdə qızların təhsili ilə bağlı sosial video çarxların çəkilməsi və yayımlanması üçün onlarla dəyəri 5 000 AZN məbləğində xüsusi müqavilə imzalanacağını vurğulayıb. Tədbirdə çıxış edən müsabiqənin qalibləri “ForAzerbaijan”a təşəkkürlərini ifadə edərək layihə çərçivəsində görüləcək işlər və əldə olunacaq nəticələrin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirin sonunda “For Azerbaijan” Xeyriyyə təşkilatının üzvləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Təqdimat mərasimi uşaqların musiqili çıxışları ilə başa çatıb.  

148

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Metodik vəsait kimi tövsiyə olunan kitabımız Ali məktəblərə təqdim edilib.

Amerikalı mütəxəsisslər Denise M.Sloan və BrianP.Marx-ın müəllifləri olduğu “Post Travmatik Stres Pozuntusu hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı Psixologiya fənni tədris olunan ali məktəblərdə metodik vəsaitkimi tövsiyə olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən(əsas:3-29-65-/2-168/2024. 03.04.2024) müvafiq rəy verilib. Bununla əlaqədar olaraq nəşr müvafiq qaydada ali təhsil ocaqlarının kitabxanalarına təhvil verilir. Artıq Azərbaycan Dövlət Pedoqoji Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir DövlətUniversitetində kitab təqdimatlarımız təşkil olunub. Növbədə digər Ali məktəblərimizdir.Xatırladaq ki, bu kitab “ForAzerbaijan” Xeyriyyə təşkilatının dəstəyiilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsi çərçivəsində tərcümə olunaraq nəşr etdirilib. APRİA layihəsi Paşa Sığortanın maliyyə dəstəyi ilə həyata keçirilib. 

271

BLOG

Ən son bloglar

Posttravmatik Stres Pozuntusu

Posttravmatik Stres Pozuntusu

Klinik Psixoloq Könül Qasımova-Bu günlərdə sosial şəbəkələrdə travma və psixi pozuntular haqqında danışmaq olduqca populyardır. Dünyanın hər yerində, xüsusilə Tik Tok və İnstagram kimi sosial şəbəkələrdə bir çox insan öz mənfi təcrübələrini, problemlərini, insanlardan sui-istifadəni və bütün bunları travma ilə assosiasiya edən bağlanma stilləri haqqında danışır. Bu nə dərəcədə düzgündür?Bunlar bir-birilə əlaqəlidirmi?İlk öncə travmanı, sonra isə Posttravmatik Stres Pozuntusunu (PTSP) anlamağa çalışaq. Bir şəxsdə PTSP olub-olmadığını necə anlaya bilərik? Kimlərdə PTSP ola bilər? PTSP şəxsiyyətlərarası münasibətlərə və həyat keyfiyyətinə təsir edə bilərmi? Uşaqlar və yetkin şəxslərdə PTSP-in simptomları eynidirmi?Kimlər PTSP sayıla bilər?Bir və ya bir neçə neqativ, qorxulu, təhlükəli hadisələr, travmatik hadisə yaşamış və ya həyati təhlükə yaradan hadisələrin şahidi olmuş insanlarda Posttravmatik Stres Pozuntusu (PTSP) yarada bilər. Terror aktları, cinayətlər, hərbi döyüşlər, təbii fəlakətlər, qəzalar və ya silahlı insident, həmçinin radiasiyaya, ətraf mühitin toksinlərinə məruz qalma PTSP ilə nəticələnə bilər.Bu illər ərzində Psixi Pozuntuların Diaqnostik və Statistik təlimatında (DSM) PTSP ilə bağlı bəzi dəyişikliklər olmuşdur. Məsələn, PTSP əvvəllər “Təşviş pozuntuları” qrupuna daxil edilmişdi, lakin indi isə “Travma və streslə əlaqəli pozuntular” qrupuna daxildir. PTSP simptomları ilə bağlı bəzi düzəlişlər də edilmişdir. Bütün bu dəyişikliklərə baxmayaraq, PTSP- nin əsas meyarları dəyişməz olaraq qaldı və DSM-5-ə bəzi meyarlar əlavə edildi. DSM-5-də böyüklər, yeniyetmələr və 6 yaşdan yuxarı uşaqlar üçün xüsusi meyarlar mövcuddur. Yəni istər uşaq və yeniyetmə, istərsə də yetkin şəxslərdə PTSP yarana bilər.DSM-5-də yetkin şəxslər üçün PTSP simptomları aşağıdakılardır:A. Aşağıdakı yollardan biri (vəya bir neçəsi) ilə ölüm, ciddi xəsarət və ya seksual zorakılıqla hədələnmək:1. Travmatik hadisə/hadisələri bilavasitə (birbaşa) yaşamaq;2. Başqalarının başına gələn travmatik hadisə/hadisələrə şahid olmaq;3. Yaxın ailə üzvü və ya yaxın dostunun başına travmatik hadisə(lər) gəldiyini öyrənmək;4. Travmatik hadisə(lər)in xoşagəlməz təfərrüatlarına təkrar və ya həddindən artıq  məruz qalma (məsələn, insan nəşinin qalıqlarını toplayan və ya ilk müdaxilə edən: uşaq zorakılığının təfərrüatlarına dəfələrlə məruz qalan polis məmurları) Qeyd: A4 meyarı media, televiziya, film və ya şəkillər vasitəsilə məruz qalmaya şamil edilmir.B. Travmatik hadisə(lər) baş verdikdən sonra başlayan travmatik hadisə(lər)lə bağlı aşağıdakı intruziv simptomlarından biri (və ya bir neçəsinin) olması:1. Travmatik hadisələrlə bağlı təkrarlanan, qeyri-iradi və intruziv sarsıntı yaradan kədərli xatirələr. Qeyd: 6 yaşdan yuxarı uşaqlarda travmatik hadisə(lər)in mövzu və ya aspektlərinin ifadə olunduğu təkrarlanan oyunlar baş verə bilər.2. Məzmunu travmatik hadisə(lər)lə əlaqəli olan təkrarlanan narahatedici yuxular.Qeyd: Uşaqlarda məzmunu anlaşılmayan qorxulu yuxular görülə bilər.3. Şəxsin travmatik hadisə(lər) in təkrarlanırmış kimi hiss etdiyi və ya hərəkət etdiyi dissosiativ reaksiyalar (məs, hadisə sanki yenidən yaşanır. Ən ekstremal vəziyyət mühit haqqında məlumatın tam itirilməsidir). Qeyd: Oyun zamanı uşaqlarda travma hadisəsinə dair epizodların yenidən canlandırılması meydana gəlir.4. Travmatik hadisə(lər)in bir aspektini simvolizə edən və ya ona bənzəyən daxili və ya xarici siqnallara məruz qaldıqda yaranan güclü və ya uzunmüddətli psixoloji distres (sarsıntı) vəziyyəti;5. Travmatik hadisə(lər)in bir hissəsini simvollaşdıran və ya bənzəyən daxili və ya xarici siqnallara cavab olaraq nəzərə çarpan fizioloji reaksiyalar.C. Aşağıdakılardan biri və ya hər ikisində göstərildiyi kimi, baş verən travmatik hadisə(lər)dən sonra başlayan hadisə ilə bağlı stimullardan davamlı şəkildə yayınma halları:1. Travmatik hadisə(lər) haqqında kədərli xatirələrdən, düşüncələrdən və ya hisslərdən yayınmaq və ya qarşısını almaq üçün göstərilən səylər; 2. Travmatik hadisə(lər) haqqında kədərli xatirələr, düşüncələr və ya hisslər doğuran xarici xatırlatmalardan (insanlar, yerlər, söhbətlər, fəaliyyətlər, obyektlər, vəziyyətlər) yayınma və ya onlardan yayınma üçün səylər.D. Travmatik hadisə(lər)lə bağlı əhvali-ruhiyədə mənfi dəyişikliklər, hadisə baş verdikdən sonra başlayan və ya pisləşən, aşağıdakılardan ikisi (və ya daha çoxu) ilə sübut olunur:1. Travmatik hadisə(lər)in mühüm aspektlərini (dissosiativ amneziyaya görə) yadda saxlaya bilməmək (adətən, kəllə-beyin travması, alkoqol və ya narkotik kimi digər amillərə görə deyil)2. Özümüz, başqaları və ya dünya haqqında davamlı və şişirdilmiş mənfi inanclar və ya gözləntilər (məs, “Mən pisəm,” “Heç kimə etibar etmək olmaz,” “Dünya tamamilə təhlükəlidir,” “Mənim bütün sinir sistemim həmişəlik pozulub”).3. Şəxsin özünü və ya başqalarını günahlandırmasına səbəb olan travmatik hadisə(lər) in səbəbi və ya nəticəsi haqqında davamlı, təhrif olunmuş düşüncələr;4. Davamlı mənfi emosional vəziyyət (məs, qorxu, dəhşət, qəzəb, günah və ya utanc).5. Əhəmiyyətli fəaliyyətlərə maraq və ya iştirakın nəzərəçaracaq dərəcədə azalması.6. Başqalarından uzaqlaşma və ya özünü təcrid etmə.7. Davamlı olaraq müsbət emosiyalar yaşaya bilməmək (məs, xoşbəxtlik,məmnunluq və ya sevgi hisslərini yaşaya bilməmək).E. Aşağıdakılardan ikisində (və ya daha çoxunda) göstərildiyi kimi, travmatik hadisə(lər)lə bağlı oyanma və reaktivlikdə (hərəkətlilikdə) nəzərə çarpacaq dərəcədə baş verən dəyişikliklər:1. Adətən insanlara və ya obyektlərə qarşı verbal və ya fiziki zorakılıq kimi ifadə edilən əsəbi davranış və qəzəbli çıxışlar;2. Özünə zərər yetirmə davranışları;3. Həddindən artıq ayıqlıq4. Konsentrasiya (fikir cəmləmə) problemləri5. Yuxu problemləri (məs, yuxuya getməkdə çətinlik və ya narahat yuxu)Uşaqlar travmaya necə reaksiya verir?6 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə müntəzəm olaraq, yetkin şəxslərdəki simptomlar görülə bilər. Bəs 6 yaşından kiçik uşaqlarda hansı simptomlar görülə bilər?Tualetdən istifadəni öyrənsə belə yatağı islatmaqDanışa bilməmək və ya danışmağı unutmaqOyun zamanı qorxulu hadisəni canlandırmaq Valideyn və ya digər yaxınlarına qeyri-adi formada yapışıb qalmaqPTSP olan insanların əksəriyyətində tez-tez depressiya, maddə istifadəsi və ya təşviş pozuntusu kimi hallar görülə bilər.Birində PTSP olub-olmadığını necə bilmək olar?PTSP simptomları adətən, 3 ay ərzində başlayır, lakin bəzən daha sonra ortaya çıxa bilir.PTSP üçün əsas meyarlara cavab vermək üçün 1 aydan daha uzun müddət ərzində simptomlar olmalıdır və bu simptomlar gündəlik həyatda və ya işdə şəxsiyyətlərarası münasibətlərdə bir sıra problemlər yaratmalıdır. Beləliklə, PTSP psixi pozuntulara daxildir və həyat keyfiyyətində, işdə, təhsildə, ikili münasibətlərdə mənfi dəyişikliklərə səbəb olur. Lakin, PTSP-nin müalicəsində çox sayda travmaya yönəlmiş terapiyalar mövcuddur. Məs., Koqnitiv Davranış Terapiyası (KDT), Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) PTSP simptomlarının müalicəsində olduqca effektiv metodlar hesab olunur. KİT psixoterapevtik üsulu PTSP müalicəsi üçün şiddətlə tövsiyə olunur. KİT, 12 sessiya müddətində həyata keçirilən sübuta əsaslı, ən müasir və effektiv müalicə üsulu hesab olunur. KİT həftəlik və ya həftədə iki dəfə fərdi şəkildə 50 dəq və ya 90 dəq-lik qrup şəklində aparıla bilir. Terapiya ilkin olaraq psixomaarifləndirmə ilə başlayır. Sessiyalar zamanı pasiyentlər travmaları ilə bağlı ilişib-qalma nöqtələrini, mənfi düşüncələrini və inanclarını dəyişdirməyi öyrənirlər. Onlar insanın həyatının travmadan təsirlənən 5 nöqtəsinə diqqət yetirirlər: güc,nəzarət, etibar, özünə hörmət və yaxınlıq. Terapevtlər pasiyentlərə bu mənfi inanclara təkan verən hadisələri müəyyənləşdirməyə və onların bu düşüncələrə bağlı olan mənfi emosiyalarını tanımağa kömək edir. Bununla da, emosional intellektini artırmış olur.Ədəbiyyat siyahısı1. https://www.nimh.nih.gov/health/topics/post-traumatic-stress-disorder-ptsd#:~:text=Post%2Dtraumatic%20stress%20disorder%20(PTSD)%20is%20a%20disorder%20that,and%20after%20a%20traumatic%20situation2. https://www.apa.org/ptsd-guideline/treatments/cognitive-processing-therapy3. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6224348/4. https://www.ncbi.nlm.nih.gov/books/NBK207191/box/part1_ch3.box16/ 5. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8611581/6. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9107503/7. https://cptforptsd.com/wpcontent/uploads/2017/09/CPT_Factsheet_for_Clinicians_r1-2017.pdf

140

İnsan psixoloqa gedərək necə sağalır?

İnsan psixoloqa gedərək necə sağalır?

Klinik Psixoloq Minayə Kazımlı - Biz dünyaya gələndə belə  sağ və sol beyin yarım kürələrimiz hələ öz inkişafını tamamlamamış olur. Böyüyüb yaşa dolduqca müxtəlif bacarıqlar qazanırıq və bununla bərabər bizim beynimiz də inkişaf etməkdə davam edir. Sonradan isə bu inkişaf beyin yarım kürələrində qırışların artması və dərinləşməsi ilə davam edir.        Bizim uşaq vaxtı eşitdiyimiz hər bir söz, öyrəndiyimiz hər bir ifadə və ya bacarıq, o cümlədən yaşadığımız hər bir hadisə beynimizdə müəyyən izlər qoyur. Bu ifadələr həyatımız boyu bizə nə qədər çox təkrarlanırsa, bu beynimizdəki həmin ifadə ilə bağlı izlərin daha da möhkəmlənməsinə,nəticədə avtomatikləşməsinə səbəb olur. Bununla da insanda dərin inancların əsası qoyulmuş olur.        Dərin inanclar elə düşüncələrdir ki,insanlar çox zaman onun fərqində olmurlar, amma ona o qədər inanırlar ki, bütün həyatlarını bu inanclarla idarə edirlər. Bu inancları müsbət(faydalı) və mənfi(zərərli)inanclar olmaqla 2 qrupa ayırmaq olar. Müsbət inanclara misal olaraq “mən bacarıqlıyam”, “mən ağıllıyam”, “mən lazımlıyam” kimi inancları, mənfi inanclara isə bu inancların əksini, yəni “mən bacarıqsızam”, “mən axmağam”,“lazımsız biriyəm” kimi inancları misal göstərmək olar.       İnsanları psixoloqa gətirən səbəblər uşaqlıqdan onlarda möhkəmlənmiş olan o mənfi dərin inancların artıq hal-hazırkı həyatına mane olmasıdır. Məsələn, hansısa yeni vəzifəyə təyin olunan bir şəxsdə “mən bacarıqsızam” kimi bir dərin inanc vardırsa, o zaman o işə getmək istəmir, təyin olunduğu vəzifədən imtina edir, ya da qəbul edib davam etsə belə orda yetərsiz olduğunu düşünüb həyəcan keçirir. Müntəzəm olaraq bu işə davam edən insanda təbii olaraq stresslə əlaqədar təşviş səviyyəsi yüksəlir. Həm işdə münasibət qurarkən, həm də öz üzərinə düşən öhdəlikləri həll edərkən problemlər yaşayır.O insanda dərin inanc “mən bacarıqsızam” inancı olduğundan onun zehni bütün yaşadığı çətinlikləri bununla əlaqələndirməyə çalışır. Nəticədə məsələ onun üçün həll olunmaz bir şəkilə düşür.       Belə vəziyyətdə psixoloqa müraciət edən şəxs “məndə təşviş yüksəkdir, təzə işə düzəlmişəm gedə bilmirəm, hər hansı birişi görərkən həyacan keçirib, hər şeyi bərbad edirəm” kimi şikayətlərlə müraciət edir. Sonradan psixoloqla ünsiyyət zamanı aydın olur ki, bu insanda əslində bu halların yaşanmasına səbəb uşaqlıqdan başlayaraq onda möhkəmləndirilmiş olan “mən bacarıqsızam” inancıdır. Halbuki, o təşviş keçirdiyi anda heç bunun fərqində belə olmur. Bu düşüncə tapılıb, fərqindəlik əldə edildikdə, artıq zamanla insani düşüncənin nə zaman gəldiyi, necə hisslər yaratdığı və onda hansı reaksiyalara səbəb olduğuna nəzarət etməyə başlayır.       Eyni zamanda seanslarla irəlilədikcə, o düşüncənin keçmişdə yaşadığı hansı hadisələrdən qaynaqlandığının, indi artıq keçmişdəki uşaq olmadığının, o düşüncənin indi işə yaramadığının ,üstəlik ona zərər verdiyinin və onun sadəcə bir düşüncə olduğunun, reallığı əks etdirmədiyinin fərqinə varır. Bu fərqindəliklər zamanla həmin şəxsin həm davranışlarında, həm də psixi vəziyyətində müsbət mənada dəyişiklik və sabitliyə gətirib çıxarır.         Beləliklə, bir insanda keçmişdə qurulmuş yalnış münasibətlərin yaratdığı yalnış bir inanc, indiki zamanda sağlam münasibətlərin yaratdığı doğru inancla dəyişdirilir. Bu da insanın digər insanlarla münasibətlərinin,gördüyü işin məhsuldarlığının, bir sözlə bütün həyatının yaxşı mənada dəyişməsinə səbəb olur.          Oyalnış inancın insanda formalaşması necə uzun zaman almışdısa, eləcə onunla bağlı fəqindəlik qazanmaq və onu dəyişdirmək üçün də zehnimizin zamana ehtiyacı olur. Ona görə də psixoterapiya zaman tələb edən bir prosesdir və  hər bir insanda baş verən bu dəyişikliklər,onlara sərf olunan zaman fərdi xarakter daşıyır. Necə ki, amerikan psixiatrı A.Farces demişdir: “Pasienti bir seansa sağalda bilərəm, amma bəzən bu bir seans 3 ilimi ala bilər”.

171

resources
SUAL-CAVAB

Tez-tez soruşulan suallar

resources