PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

Stressin İdarə edilməsi


Stress nədir?


“Stress bədənin və beyinin həqiqi və ya güman edilən təhlükələrə və ya dəyişikliklərə reaksiyasıdır.”


“Stress həyata rəng qatır.”


“Heç kim stressdən azad ola bilməz, lakin onun öhdəsindən gəlməyi öyrənə bilər.”                                                                                                                                     

                                                                     Hans Selye



Stress müsbət və mənfi ola bilər


•      Müsbət stress  fiziki yükün aradan qaldırılmasını, problemlərin həll edilməsini və məqsədlərə nail olmaq üçün əlavə enerjini təmin edir.

•      Mənfi stress (distress)uzun müddət davam edə, tez-tez baş verə və ya həddən artıq ağır keçiriləbilər.


Stress kəskin və xroniki ola bilər


Kəskin stressə qarşı reaksiyalar


•      Reaksiyalar (FFFF-fight, flight, freez,fake acting)


–     Mübarizə

–     Qaçınma

–     Donub qalma

–     Mənasız hərəkətlər

–     Hər bir reaksiya növü şəxsiyyət tipindən asılıdır.

–     Öhdəsindən gəlmə (copying) strategiyaları –adaptiv və qeyri-adaptiv ola bilər.


Stressin emosional əlamətləri   

 

•      Depressiya

•      Təşviş

•      Əsəbilik

•      Darıxma

•      Məyusluq


 

Stressin fiziki əlamətləri


•      Baş ağrısı

•      Yüksək qan təzyiqi

•      Yorğunluq

•      Yuxusuzluq

•      İştahanın dəyişməsi

•      Somatik şikayətlər


Stressin koqnitiv əlamətləri


•      Unutqanlıq

•      Diqqətsizlik

•      Təfəkkürün ləngiməsi

•      Səbirsizlik

•      Qərarsızlıq


Stressin davranış əlamətləri


•      Özündən çıxma

•      Ünsiyyət problemləri

•      Özünə qapanma

•      Təhlükəli davranış


Dəyərlər sisteminin dağılması


•      Xudbinlik

•      Mövhumatçılıq

•      Həyat istiqamətinin itirilməsi

•      Mənəvi boşluq

•      Aşağı özünü qiymətləndirmə


İşdə olan stressin əlamətləri:“Burnout” (Yanma)


•      İşə getməkdən imtina etmək

•      Gün boyu yorğun olmaq

•      Dəqiqələri saymaq

•      Diqqətin azalması

•      Effektivliyin itirilməsi

      Xəstəlik vərəqinin alınması

•      Motivasiyanın enməsi

•      Aşağı qənaətbəxşlik və məmnunluğun aşağı düşməsi

•      Tez-tez təkrarlanan səhvlər

•      Təhlükəsizlik tədbirlərinə riayət etməmək

•      Aşağı gözlənti


Stress menecment planı 


•      Stressorları (stressor nədir) müəyyənləşdirmək

•      Öz reaksiyalarını müəyyənləşdirmək

•      Öz fikirlərini müəyyənləşdirmək

•      Alternativ strategiyaları nəzərdən keçirmək

•      Fəaliyyət planını işləyib hazırlamaq

•      Bu planı müşahidə etmək


Tövsiyələr


•      Qavrama və gözləntiləri dəyişmək

•      Məqsədləri vacibliyinə görə sıralamaq

•      Sərhədləri müəyyənləşdirmək

•      Mükəmməlliyətçiliyi aradan qaldırmaq

•      Fasilə vermək və istirahət etmək

•      Dostlara,qohumlara “YOX” deməyi bacarmaq

•      Gündəlik tərtib etmək

•      Ləngimələrdən uzaqlaşmaq

•      “Öhdəsindən gəlmə” bacarıqlarını mənimsəmək

•      Mənfi hadisələr haqda danışmamaq

•      Maraqlı məşğuliyyət tapmaq

•      Xoş bəlkə pozitiv insanlarla ünsiyyətdə olmaq

•      Şəxsi dəyər və prinsipləri dəyişməmək


 

Unutmayın ki, hər birimiz stressli anlar yaşayırıq. Bəzilərinin həyatında bu müntəzəm,digərlərində isə az-az baş verir. Hər bir halda stresi idarə etmək və bu vəziyyətlərdən çıxmaq mümkündür.

Sağlamlığınızı peşəkar mütəxəssislərə etibar edin.

Burada psixoloqunu seç və ödənişsiz konsultasiya keç.