Ad / Soyad / Ata adı:
Seyidmələk Seyidova Rövşən
Təhsil:
Qərb Kaspi Universiteti-Psixologiya-bakalavr
Xəzər Universiteti-Klinik Psixologiya-"Tələbələrdə sosial fobiyanın, günahkarlıq, və utancaqlıq arasındakı əlaqə prinsipi" mövzusunda dissertasiya işini müdafiə etmiş və fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir.
İş təcrübəsi:
2016-cıildən indiyə qədər Azərbaycanda psixologiya sahəsində çalışmış, çalışdığı müddətdəbir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişdir. 2015-ci ildə “Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi”ndətəcrübə keçərək həmin təcrübənin hesabatı olaraq "Yeniyetmə uşağı olanvalideynlərə tövsiyyələr" mövzusunda məqalə yazmışdır.
2016-2019-cu illərdə Azərbaycan RespublikasıPsixi Sağlamlıq Mərkəzinin rehabilitasiya və təcili yardım şöbəsində təcrübəkeçmiş və təcrübənin hesabatı olaraq "Depressiyanın etiologiyası və yardımüsulları" mövzusunu təqdim etmişdir. 2016-2019-cu illərdə keçdiyi dövlət əhəmiyyətlilayihələr və təcrübələrlə yanaşı özəl xəstəxanada psixoloq olaraq fəaliyyətgöstərmişdir.
2020-ci ildən Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyi tərəfindən yaradılmış 1542-2 psixoloji krizis xəttində fəaliyyət göstərmişdir.Bu qurumdakı işlərdə psixi pozuntuların diaqnostikası, müalicəsi və psixolojixidmət üzrə işçi qrupunun üzvü olmuş, dəstək xəttində Covid-19 virusundan əziyyətçəkən xəstələrə, Covid-19 xəstələrini müalicə edən tibb personalına psixoloji dəstəyingöstərilməsi, eyni zamanda Covid-19 xəstələrini müalicə edən tibb personalınapsixoloji təlimlərin keçirilməsi, İkinci Qarabağ müharibəsində iştirak edən hərbiqulluqçulara, şəhid ailələrinə və müharibədən zərərçəkmişlərə psixoloji dəstəyingöstərilməsi (PTSP sindrom, depressiya, təşviş pozuntusu,kontuziyayla işlənməsivə s.) və digər vəzifələri icra etmişdir. Psixoloji işçi qrupun üzvü olaraqiclas protokolların hazırlanmasında koordinator işləri, ölçmə və dəyərləndirməişlərinin həyata keçirilməsində iştirak etmişdir.
Beynəlxalq Qızılxaç Komitəsinin (BQXK),Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vədigər beynəlxalq səviyyədə təşkil edilən təlim və proqramları almağa haqqqazanaraq bilik və bacarıqlarını artırmışdır. Bunlardan – EMDR terapiya və təməlpsixososial bacarıqlar (TOT) təlimi, (ÜST), cəbhə xəttində yerləşən ərazilərdəyaşayan və münaqişənin təsirinə məruz qalmış ailələr üçün psixososial dəstəkqaydaları (BQXK tərəfindən), Ankara Universitetinin “Qazilərin gücləndirilməsi”layihəsi (İTS), Kolumbiya Universitetinin Qlobal psixi sağlamlıq üzrə yay məktəbi(ÜST) və s. təşkil edir.
Psixoloji iş fəaliyyəti dövründə aldığı beynəlxalqtəlimlərlə yanaşı özü də bir neçə dövlət əhəmiyyətli qurumlarda təlimlərvermişdir. Bunlardan səhiyyə işçiləri üçün keçdiyi “Covid-19hazırlıq, mübarizə və bərpa müddətində psixi sağlamlıq və psixososial dəstək”təlimi, Heydər Əliyev mərkəzində keçirilən Regionalİctimai Birlik şöbəsinin əməkdaşlarına "İşyerində cinsi istismar" mövzusunda təlim, İcbariTibbi Sığorta Agentliyinin Qazilərlə İş şöbəsinin əməkdaşlarına"Postmüharibə dövründə qazilərlə psixoloji iş xüsusiyyətləri" təlimi,TƏBİB-in Tibbi fəaliyyətin təşkili şöbəsiəməkşlarına "Stress management" təlimləri xüsusi ilə vurğulanır.
2022-ci ildən TƏBİB tərəfindən qurumuntabeliyində olan Nərimanov Tibb Mərkəzinə klinik psixoloq olaraq təyin edildi vəhazırda həmin xəstəxanada işinə davam edir. Xüsusilə vurğulanmalıdır ki, çalışdığımüddət içərisində müəssisə rəhbərliyi tərəfindən Şuşa şəhərinə ezam göndərildivə uğurla ezamiyyətini başa vurmuşdur. 2023-cü ildən TƏBİB-in yeni yaradılmış “Psixisağlamlıq xidmətlərinin təkmilləşdirilməsi üzrə İşçi Qrup”un baş katibi olmuş,hazırda işçi qrupun daxil olduğu fəaliyyətlərdə koordinasiya işlərini yerinəyetirir.
Ünvan / İş yeri:
Bakı şəhəri
Nərimanov Tibb MərkəziBakı şəhəri - AZ1072, Nərimanov rayonu, FətəlixanXoyski.,101
Qəbul günləri:
1-5 ci günlər
Telefon / Email:
+994 50 548 90 76 / [email protected]