Ad / Soyad / Ata adı:
Aygün Sultanova Rasim
Təhsil:
Bakı Qızlar Universiteti- Psixologiya- bakalavr
Bakı Dövlət Universiteti- Klinik Psixologiya üzrə magistr dərəcəsində təhsil almışdır.
"Psixososial reabilitasiya xidmətləri alan şizofreniya xəstələrinin pozitiv və neqativ simptomatikası" mövzusunda dissertasiya işini müdafiə etmiş və qırmızı diplomla magistraturanı bitirmişdir.
İş təcrübəsi:
2013-cü ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində klinik psixoloq kimi fəaliyyət göstərir. O, müharibə müddətində və post müharibədə dövründə İkinci Qarabağ müharibəsindən zərərçəkmiş əhaliyə, qazilərə, veteranlara və şəhid ailələrinə həm psixoloji yardım göstərmiş, həm də bu yardımın göstərilməsinın təşkilində iştirak
etmiş və uğurlu fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyi Tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
2022-ci ildən bu günə qədər isə Ukraynada Beynəlxalq Miqrasiya Təşkilatının
“Emosional dəstək” üzrə Qaynar xəttində müharibədən zərərçəkmiş mülki əhaliyə ilkin psixoloji yardım göstərir.
10 illik iş təcrübəsi müddətində bir sıra dövlət əhəmiyyətli layihələrdə çalışmışdır. 2015-2019-cu illərdə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin işçi qrupun üzvi olmuşdur və 2019-2020-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının icrası məqsədilə layihələrin hazırlanmasında
iştirak etmişdir.
Bundan əlavə o, Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv əməkdaşlıq etmiş, həmin Təşkilatın rəhbərliyi ilə 2022-ci ildə Tək Sessiyalı Terapiya təlimində, 2021-ci ildə Kolumbiya Universitetinin Qlobal Psixi Sağlamlıq üzrə yay məktəbində və eyni ildə təlimçilər üçün Təməl Psixososial Bacarıqlar və İlkin Psixoloji Yardım təlimində iştirak etmiş, ÜST-nin Avropa regionundakı psixiatriya müəssisələrində yaşayan və psixi pozuntudan əziyyət çəkən şəxslərdə “Keyfiyyət və hüquqların qiymətləndirilməsi” layihəsində tədqiqatçı olmuş, bir sıra beynəlxalq sənədlərin Azərbaycan dilinə adaptasiyasını həyata keçirmişdir. O, eyni zamanda Psixi Sağlamlıqla bağlı ayrı-ayrı ölkələrdə, o cümlədən Almaniya, Çexiya, Türkiyə, Fransa İspaniyada keçirilən bir sıra beynəlxalq və yerli simpozium, konfrans və təlimlərdə iştirak etmişdir.
Ünvan / İş yeri:
Bakı Şəhəri- AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, İ. Hidayətzadə küç. 16 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi
Qəbul günləri:
Bazar ertəsi-Cümə günü
Telefon / Email:
+994 51 864 04 14 / [email protected]